Yeni Xəbərlər

Yeni Xəbərlər

A+A Security
A+A Security
A+A Security
A+A Security
A+A Security
A+A Security
A+A Security
A+A Security
A+A Security

08 dekabr 2022

Şirkətimiz bu il İmişli və Şəmkir rayonlarında keçirilən Aqrar İnnovasiya Festivallarında iştirak etmişdir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Respublikamızın İmişli və Şəmkir rayonlarında Aqrar İnnovasiya Festivalı keçirilib. Şirkətimizin mütəxəssisləri tərəfindən fermerlərə “ağıllı” kənd təsərrüfatı sistemləri üzrə nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib.

A+A Security
A+A Security
A+A Security

06 sentyabr 2022

Şirkətimiz Gurtam şirkəti tərəfindən Litvanın Vilnüs şəhərində keçirilən "Telematics Vilnius 2022" konfransında iştirak etmişdir

2022-ci ilin 17-18 avqustunda Gurtam şirkəti tərəfindən Vilnüs şəhərində "Telematics Vilnius 2022" konfransı keçirilmişdir. Wialon Top Partners reytinqində son on iki ay ərzində ən çox avtomobilə GPS izləmə cihazları quraşdıran onlarla ən uğurlu regional tərəfdaşları mükafatlandırıldı. Wialon Top 10 Central Asia regional reytinqində şirkətimiz üçüncü yeri tutmuşdur.

A+A Security
A+A Security
A+A Security
A+A Security
A+A Security

25 iyul 2022

Qobustan rayonunda keçirilən innovasiya festivalında “A+A Security” şirkətinin mütəxəssisləri tərəfindən ağıllı kənd təsərrüfatı sistemləri barədə məlumat sessiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunda növbəti innovasiya festivalı keçirilmişdir. Festivalda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşəbbüsü ilə (GlobalGAP) Qabaqcıl kənd təsərrüfatı təcrübələri standartlaşdırma sistemi təlimi və “A+A Security” şirkətinin mütəxəssisləri tərəfindən "ağıllı" təsərrüfatı sistemləri barədə məlumat sessiyası keçirilib. Eləcə də festivalda əməkdaşımız, aqro dronların idarəedilməsi ilə bağlı Türkiyənin “Sapmaz Havacılık və İleri Teknolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimləri müvəffəqiyyətlə başa vuraraq sertifikat və müvafiq vəsiqə qazanmışdır.