Evimizi oğurluqdan nə ilə düzgün qoruyaq?

VİDEOTƏSDIQLƏMƏ - TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİ TEXNOLOGİYASINDA YENİ SÖZ!

c307933bc222bb593979794a3794eafd

Statistika göstərir ki, əksər hallarda, - «Hansı texniki vasitələrlə evini, bağ evini, mağazanı, qarajı, sexi, ofisi, sənaye infrastrukturu obyektini mühafizə etmək mümkündür?» - sualına ölkəmizin orta statistik sakini – «Kamera ilə» deyə cavab verir. Biz əbəs yerə «ölkəmizin sakini» deyə qeyd etmirik, çünki, cavabın bu cür xarakteri daha çox bizdə formalaşan stereotip ilə əlaqədardır və bizi əhatə edən ölkələrin təcrübəsindən ciddi şəkildə fərqlənir.

Beləliklə, gəlin bu məsələni bütöv müstəvidə nəzərdən keçirək. Hər hansı mülkü qorumaq üçün texniki üsuldan bəhs edərkən, - iki əsas texnologiyasını ayırd etmək mümkündür - bu VİDEOMÜŞAHİDƏ VƏ MÜHAFİZƏ SİQNALİZASİYADIR. Gəlin nəzərdən keçirək, hər bir yanaşma üsulunun müsbət və mənfi cəhətləri nədən ibarətdir.

VİDEO MÜŞAHİDƏNİN müsbət cəhəti, - əyanilik və keçmişə nəzər salmaq imkanıdır, - bunlar mentalitetimiz tərəfindən pozitiv şəkildə qavranılan əsas amillərdir. Bu kifayət deyildir, lakin, buna nöqtə qoyaraq nöqsanlara keçmək olar. Əyanilik, xoşagələn hal olsa da, lakin sutkada 24 saat hər bir kameranı müşahidə etmək üçün bizə vaxt və göz kifayət edəcəkmi. Hətta video divarların yaradılması və monitorlara nəzarət üçün əməkdaşların işə götürülməsi belə bu məsələni həll etmir. İnsan psixikası diqqəti fəal hərəkətli bir təsvirdən artıq təsvirdə cəmləməyə qadir deyildir. Külli miqdarda təsvirlərin mövcud olması diqqəti kütləşdirir, yuxululuq yaradır və hətta təhlükəsizlik üzrə peşəkarların şüurunun dumanlanmasına səbəb olur.

Video Nəzarət Sistemi

Çıxış yolu kimi “video təhlil” proqram təminatına əlavə vəsait xərcləmək mümkündür, nəticədə, göz önündə külli miqdarda təsvirlər əvəzinə yalnız əvvəlcədən ayrılan sahələrdə şübhəli hərəkət zamanı videonun həyəcan siqnalı ilə ekranına almaq olar. Bu cür yanaşma münasibdir, lakin, çox təəssüflər olsun ki, texnologiyanın inkişafının cari səviyyəsində bu, yalnız qapalı otaqların daxilində tətbiq oluna bilər. Kameraların çöldən istifadə olunması zamanı, - atmosfer, təbii və antropogen amillər (buludların kölgələri, ildırımlar, küləyin təsirindən yellənən bitki aləmi, küləyin gətirdiyi zibil, dalğalanan bayraqlar, yanan fənərlər, ötüb keçən avtomobillərin işığı) yanlış həyəcan siqnalına səbəb olur və hətta ən bahalı proqram təminatı belə bunun öhdəsindən gələ bilmir.

Xaricdən nəzarət olmadan biz, mühafizə olunan obyektin girəcəyində bədxahın detektor vasitəsilə erkən aşkar olunması imkanını itiririk. Təhlükəsizlik sistemlərinin daha vacib amilindən biri də onun davamlı olmasıdır və burada video müşahidə ilə bağlı “pusqu” yaranır. Video sistemlər kamera-kabel-kommutator/panel– videoregistrator /video server – video arxiv – xarici şəbəkə ilə rabitə qurğusu kimi arxitektura əsasında qurulur. Texniki cəhətdən mürəkkəb olan bir çox tərkib hissələr, çoxlu sayda hərəkətedici elementlər (İQ-filtrlər, termostatlar, soyuducu ventilyatorlar, yaddaş diskləri), əməliyyat proqramların mövcudluğu, videonun yüklənməsi üçün xarici rabitə kanalına olan yüksək tələblər və bunun nəticəsi kimi kifayyətcəsinə böyük enerji sərfiyyat və sıradan çıxmaya qarşı cüzi davamlılıq mövcuddur. Sadə dillə desək, əgər uzaq məsafədə yerləşən obyektdə quraşdırılan videomüşahidə sistemi hər hansı bir elementin xarab olması nəticəsində sıradan çıxmazsa, bu zaman onu sıradan çıxarmaq istəyən bədxah üçün obyekti elektrik qidalanma mənbəyindən xaricdən ayırmaq kifayət edəcəkdir. İcmalı davam etdirərək mütləq şəkildə qeyd etmək lazımdır ki, bir qayda olaraq kriminal aləmin nümayəndələri bu təhlükəsizlik sistemləri ilə istifadəçilərdən də yaxşı tanışdırlar.

Buna görə də, video müşahidəsi olan obyektə daxil olmuş cinayətkarın ilk məqsədi onu yaxalamağa imkan verən video müşahidə sistemi ya sıradan çıxarmaq, ya da video arxivi taparaq onu məhv etmək olacaqdır. Kameralardan cəkilmiş kabellərinin mənbəyini tapmaqla bu arxivi məhv etmək heç də çətin deyildir. İndi isə tamamilə müsbət mənzərəni təsvir edək, - obyektinizə daxil olmuş cinayətkar nə video müşahidə sistemi sıradan çıxara, nə də video yazıların arxivi tapa bilmiş, cinayətin törədilməsi zamanı sizin kameraların ğörüntü zolağına daxil olmuş və nəhayət siz xoşbəxtlikdən video yazının saxlanma müddəti bitmədən əvvəl bu hadisəni aşkar etmisiniz. Elə bil sevinmək olar, axı video müşahidə sistemi öz rolunu layiqincə yerinə yetirmişdir…

Lakin, əslində biz, - cinayətkarın evimizə təcavüzü və əmlakımıza vurduğu ziyan nəticəsində psixoloji sarsıntı keçiririk. Əlbəttə ki, biz videoyazını polisə təhvil verəcəyik, lakin… bu material cinayətkarın şəxsiyyətini müəyyən etmək üçün kifayət edəcəkmi? Onun tutulması üçün uğur və polisin peşəkarlığı kifayət qədər olacaqmı? Bir o qədər də xoşagəlməz istintaq – məhkəmə proseduralarına tab gətirməyə əsəblərimiz, vaxtımız və pulumuz kifayət edəcəkmi? Bu yolun sonunda heç olmasa sizə vurulan maddi ziyanı ödəmək üçün məhkum olunan cinayətkarda kifayət qədər maddi vəsait qalacaqmı? Çox təəssüflər olsun ki, suallardan heç birinə birmənalı şəkildə cavab vermək mümkün deyildir. Videomühafizə müşahidə sisteminə kifayət qədər böyük xərclərin çəkilməsinə baxmayaraq, bu cür kədərli nəticənin səbəbi nədir? İlk növbədə, - bu qorunma vəzifəsini yerinə yetirilməsi üçün doğru texniki üsulun seçiminə yanlış yanaşmadır.

Əksər hallarda video müşahidə artıq baş vermiş hadisələrin retroaktiv təhlil vasitəsidir. Ofisdə kim nə zaman müəyyən odaya daxil oldu, kim hər-hansı əşyanı içtimayi yerdə qoydu, zavodun giriş-çıxış məntəqədən keçərkən kimin və nə əlində saxlamışdır, mağazanın piştaxtasından baxalı içki şüşəsinin necə yoxa çıxdığı kimi məsələlərin araşdırılması üçün video müşahidədən istifadə edirlər. Halbuki, Mühafizə Sistemi bunları etməlidir:
⎯ erkən mərhələdə sizin həyatınıza və əmlakınıza hər hansı bir zərər dəymədən əvvəl obyektə icazəsiz daxil olmaq cəhdlərini aşkar etməlidir;
⎯ obyektin sahibinə və / və ya hüquq mühafizə orqanlarına obyektə icazəsiz daxil olmaq faktı haqqında məlumat verməlidir;
⎯ ətrafdakı vətəndaşların diqqətini hadisəyə cəlb etməli, səsli və vizual həyəcan siqnalının və digər köməkçi qurğuların qoşulması hesabına cinayətkarın sonrakı qanunazidd əməlinin qarşısını almalıdır (məsələn, obyektə icazəsiz daxil olma ərazini işıqlandırılması, sirenaları və / və ya tüstü generatorların işə salması).

Təbii ki, bu kimi hadisə zamanı baş verənlərin gözəl təsvirin qeydə almaq arzu olunsa da, o birinci dərəcəli vəzifə deyildir. Həm hüquq mühafizə orqanları, həm də peşəkar özəl mühafizə təşkilatları tərəfindən mühafizə üçün MÜHAFİZƏ SİQNALİZASİYASI SİSTEMİNİ əsas vasitə kimi istifadə edirlər. Sınamaq üçün, evinizi və ya obyektinizi nə ilə qorunması istənilən polis əməkdaşımızdan soruşun və dərhal bir cavab eşidəcəksiniz – “Yarasa” şirkətinin mühafizə siqnalizasiyası”. Sonuncu təşkilat səviyyəsində reklam olsa da, məsələnin texniki həlli düzgündür.

Mühafizə siqnalizasiyasının müsbət cəhətlərinə onun ucuzluğu, sadəliyi (detektor/xəbərdaredici-panel-sirena-radiomodul), hərəkətdə olması nəticəsində sıradan çıxa biləcək elementlərin və əməliyyat proqram təminatının olmaması, xəbərdaredici detektorların panelə simsiz qoşulması imkanı (bu imkan praktiki olaraq kameralarda mövcud deyildir), cüzi enerji istehlakı, və yekun nəticə kimi, - yüksək davamlılıq aiddir. Bəs bu sistemin nöqsanları varmı? Əlbəttə, var. Mühafizə sistemlərinin əksəriyyəti passiv infraqırmızı (PİQ) və kombinə olunmuş (PİQ+mikro radio dalğa) xəbərdaredici detektorların əsasında qurulur.

Siqnalizasiya Sistemi

PİQ detektorlar nəzarət zonasındakı istilik fonunda baş verən dəyişiklikləri təhlil edir və qəbul olunan siqnalın təhlilinin mürəkkəb alqoritminə baxmayaraq, bəzən yanlış həyəcan siqnalları da törədirlər. Məsələn, buna nəzarət zonasında hava axınının meydana çıxması səbəb ola bilər. Kombinə olunmuş xəbərdaredicilər deteksiyanın iki müxtəlif fiziki prinsiplərinin istifadə olunması sayəsində yanlış həyəcan siqnallarının sayını azaldır. Onlar PİQ xəbərdaredici qurğulardan təqribən iki dəfə bahadır, lakin onlar da yanlış həyəcan siqnalından qurtuluş vasitəsi deyil. Kombinə olunmuş xəbərdaredicilərin mikrodalğalı seksiyası müxtəlif əşyaların və ya onların hissələrinin hərəkətini cinayətkarın hərəkəti kimi qəbul edə bilər, məsələn, saatın sanya oxunu, ventilyatorun pərini, tərpənən jalüz və pərdələrini, plastik borularda və ya pəncərə şüşəsinin səthi ilə axan suyunu.

Nəticə isə xoşagələn deyil, real olaraq obyektdə nə baş verdiyini görmədikdə yanlış həyəcan siqnallarının səbəbinin araşdırılması çox əsəb, vaxt və vəsait tələb edir. Yekun nəticədə, yanlış həyəcan siqnalları sistemin Sifarişçi qarşısında bütünlüklə nüfuzdan salmasına gətirib çıxara bilər. Quraşdırıcılar xəbərdaredici qurğuların həssaslığını minimal xəssaslığına tənzimləyərək bu cür vəziyyətdən çıxış yolu tapırlar, bu isə əlbəttə ki, mühafizə sisteminin işinə neqativ təsir göstərir.

Nəhayət, «qapalı dairədən» yeni texniki çıxış yolu tapılmışdır. Bu çıxış yolu yeni hibrid texnologiyasının, HƏYƏCANLI HADİSƏLƏRİN VİDEO TƏSDİQLƏNMƏSİ İLƏ MÜHAFİZƏ SİQNALİZASİYA SİSTEMLƏRİNİN yaradılması olmuşdur. Bu həll videomüşahidəsinin və mühafizə siqnalizasiyasının üstünlüklərini özündə birləşdirərək, hər ikisində olan çatışmazlıqları aradan qaldırmağa imkan verir.

 

                    Video kameralı Hərəkət sensoru

 

Video kameralı hərəkət sensoru

Bu cür sistemlərdə PİQ xəbərdaredici qurğu analoji əhatə zonasına malik olan kamera ilə əlavə olaraq təchiz edilir. Xəbərdaredici qurğunun hər dəfə işə düşməsi zamanı kamera həmən zonada baş vermiş hadisənin 10 saniyəlik video görüntü faylını yaradır və onu həyacan siqnalı ilə bərabər mühafizə siqnalizasiyasının mərkəzləşmiş pultuna və ya mülk sahibinin mobil telefonuna göndərir. Beləliklə, alınan həyəcanlı hadisələrin “video təsdiqlənməsi (verifikasiyası)” həyata keçirilir, bu isə istənilən vəziyyətdə həyəcan səbəbini düzgün müəyyən etməyə və bununla da, yanlış siqnallarına tədqiqatına əsəb, vaxt və resursları sərf etməməyə sərait yaradır. Yeni həll öz sadəliyini və mühafizə siqnalizasiyasının etibarlığını qoruyub saxlayaraq, hadisə yerinə getmədən yanlış həyəcan siqnallarını müəyyən etməyətə imkan vermişdir.

Əlavə olaraq videokameralı xəbərdaredicilər panel ilə simsiz xəbərləşir və bu, kabel işlərini görmədən istənilən yerdə mühafizə sistemini daha sürətlə və asanlıqla qurmağa imkan verir. Elekltron mühafizə sistreminə qoşulan xəbərdaredicilərin sırasında xətta simsiz tüstü detektoru mövcuddur. Yəni, mühafizə ilə yanaşı siz yanğın həmçinin siqnalizasiyasını da əldə edə bilərsiniz. Bu zaman mühafizə siqnalizasiyasının qoşulma və ya söndürülməsindən asılı olmayaraq yanğın siqnalizasiyası daxili əraziləri yanğından daima nəzarət edir. Enerjinin cüzi istehlakı nəticəsində avadanlıq 4 (!!!) ilə qədər tamamilə avtonom elektrik qidalanma mənbələrində işləməyə qadirdir. Bütün yuxarıda göstərilənlər ilə yanaşı, istehsalçılar bizim mentalitetimizin tələb etdiyi funksiyanı da realizə etmişlər. Məhz bu funksiya ilə biz icmala başlamışdıq. Bu, mobil qurğudan daxil olan sorğu əsasında videokameralı xəbərdaredicilərdən canlı video izlənmə funksiyasıdır. Buna görə də, etibarlı mühafizə üçün tələb olunan hər bir şey VİDEOTƏSDİQLİ MÜHAFİZƏ SİQNALİZASİYA SİSTEMLƏRİ həllində öz əksini tapmışdır. Buyurun əziz həmvətənlərimiz, istifadə edib özünüzü və mülkünüzü qoruyun.

Mobil telefonundan izləmə

Videofied

http://www.videofied.com

Aşağıda VİDEOTƏSDİQLİ MÜHAFİZƏ SİQNALİZASİYA SİSTEMLƏRİNİN tətbiq olunduğu sahələrin qısa siyahısı göstərilmişdir:

a. Şəxsi evlər, mənzil və bağ evləri
b. Mağaza və ofislər
c. Anbarlar, müvəqqəti saxlama odaları, açıq anbarlar
d. Avtomobil dayanacaqları, tikinti texnikasının maşın-mexanizm parkı
e. Tikinti meydançaları
f. Ərazi üzrə səpələnmiş infrastruktur obyektləri və qurguları (Enerji/Su/Qaz/Rabitə müəssisələri)

Videofied sistemi Azərbaycanda